Ulduz futbolçuya meymun dedilər - FOTO

Ulduz futbolçuya meymun dedilər - FOTO
"Çelsi"nin futbolçusu Ris Ceyms xoşagəlməz hadisə ilə üzləşib.
Fanat.Az xəbər verir ki, 22 yaşlı sağ cinah müdafiəçisi instaqramda irqçiliyə məruz qalıb. Sosial şəbəkə istifadəçilərindən biri ingiltərəli oyunçunu meymunla müqayisə edib. O, həmçinin futbolçunun ünvanına təhqiramiz ifadələr işlədib.
Meymun adlandırılan futbolçunun ünvanına həmçinin aşağıdakı məzmunda təhqiramiz mesajlar da göndərilib:
"Meymun sifətli, iylənmiş zibil”, "Çirklənmiş qara dəri ilə necə yaşaya bilərsən”, "Üzün ürək bulandırır”
Müdafiəçi həmin yazışmaları "Instagram" hesabından paylaşaraq altında bu sözləri qeyd edib: "Nələrisə dəyişmək lazımdı".
Ulduz futbolçuya meymun dedilər - FOTO
Futbolçusunun müdafiəsinə qalxan "Çelsi" hər cür irqçiliyi, ayrı-seçkiliyi qınayan açıqlama yayıb. London klubu həmçinin müvafiq qurumları məsələni araşdırmağa dəvət edib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər