"Sanderlend"in futbolçusu Adam Yohnsonu 5 illik həbs cəzası gözləyir. Fanat.az xəbər verir ki, buna səbəb onun yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olması olub.
Bradford şəhər məhkəməsi 28 yaşlı futbolçunun 15 yaşlı qızı cinsi istismara məruz qoyduğuna qərar verib. Məhkəmənin hakimi bildirib ki, Yohnsonu 5 il həbs cəzası gözləyir. Zəmanətlə azadlığa buraxılan futbolçunun cəzası yaxın günlərdə açıqlanacaq.
Fanat.az