Ulduz futbolçunun maaşı: hər qola bir hamburger

Ulduz futbolçunun maaşı: hər qola bir hamburger

Bu gün lüks həyat yaşayan bir çox futbolçu bu səviyyəyə gəlmədən öncə böyük çətinliklər yaşayıb, hətta ac belə qalıb. Belə futbolçulardan biri olan Yannik Bolasinin keçmişi bu günlərdə gündəmə gəlib.

Konqo millisinin üzvü hazırda "Everton"da çıxış edir. O, bu komandaya "Kristal Palas"dan 28,9 milyon avroya transfer olunub. Özü hazırda İngiltərədə ən yaxşı qazanan futbolçulardan biridi.

Onun keçmişi ilə bağlı "Dailly Mirror"a vaxtı ilə oynadığı həvəskar səviyyəli "Hillingdon Borough" klubunun prezidenti Dee Dand açıqlama verib. Klub rəhbəri bildirib ki, Bolasi 2006-2007-ci ildə çıxış etdiyi London klubunda hamburgerə oynayırmış: 

"Bolasi ilə həftəlik 20 funt-sterlinq dəyərində müqavilə bağlamaq istəyirdim. Amma digərləri bunu qəbul etmədi. Bu səbəbdən onunla hər qola bir hamburger qarşılığında anlaşdıq. Bir dəfə 8 qol vurdu və hamburgerlərini komanda yoldaşları ilə bölüşdü".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər