İngiltərə millisinin və "Lester"in ulduzu Ceymi Vardinin həyat yoldaşı Rebeka Vardi illər əvvəl cinsi istismara məruz qalıb. Fanat.az xəbər verir ki, o, bu barədə "The Sun"a açıqlamasında bildirib.
Rebeka deyib ki, 15 yaşı olanda bir ailə dostları ona təcavüz edib və 3 il cinsi istismara məruz qoyub. Başına gələnlərin bütün uşaqlığını məhv etdiyini bildirən xanım Vardi aldığı psixoloji tramvanın təsirinin hələ də qaldığını qeyd edib. 3 uşaq anası olan Rebeka anası Alisonun və digər ailə üzvlərinin toylarına da məhz bu üzvdən qatılmadığını ilk dəfə açıqlayıb.
"O gündən etibarən eyni uşaq olmadım. Çünki özümü heç vatx təhlükəsizlikdə hiss etmədim. Onu hər dəfə görəndə əlim-ayağım tutulurdu, soyuq tər axırdı. O isə daha artığını edirdi. Qurtula bilməyəcəyimi hiss edirdim" deyə Rebeka etiraf edib.
Fanat.az