Ulduz futbolçunu Çinə satmaq istəyirlər

Ulduz futbolçunu Çinə satmaq istəyirlər

PSJ Angel Di Marianı satmaq istəyir. Fanat.Az xəbər verir ki, bu barədə Fransanın məşhur "L`Equipe" nəşri məlumat yayıb.

Məlumata görə, klub 29 yaşlı argentinalı futbolçunun performansından razı deyil. Bu səbəbdən onu Çin bazarının imkanlarından faydalanaraq yüksək məbləğə Asiya ölkəsinə satmaq istəyirlər. Xəbərdə bildirilir ki, bununla bağlı artıq Di Marianın menecerinə tapşırıq verilib.

Qeyd edək ki, PSJ Di Marianı 2015-ci ildə "Mançester Yunayted"dən 63 milyon avroya almışdı. İngilislər isə onu "Real"dan 75 milyona transfer etmişdi. Argentinalı futbolçu cari mövsümdə 32 oyuna çıxıb və 9 qol vurub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər