Ulduz futbolçuların zəngin xanımları: "İnstagram"dan pul qazanırlar

Ulduz futbolçuların zəngin xanımları: "İnstagram"dan pul qazanırlar

Zəngin futbolçu xanımları barədə araşdırma aparılıb.

Fanat.Az xəbər verir ki, onların "İnstagram" hesablarındakı reklamlardan əldə etdikləri gəlirləri hesablayan "101greatgoals" adlı sayt maraqlı nəticələr ortaya qoyub. Məlum olub ki, bəzi ulduz futbolçuların xanımları onların özündən çox qazanır. 

Devit Bekhemin xanımı Viktoriya Bekhem "İnstagram" sərvəti hesabına siyahısında birinci olub.

Ulduz futbolçuların zəngin xanımları: "İnstagram"dan pul qazanırlar 29,2 milyon izləyicisi olan modelyer sosial şəbəkədəki hesabından yayımladığı hər reklamdan 877 min funt sterlinq qazanır. Ulduz futbolçuların zəngin xanımları: "İnstagram"dan pul qazanırlar Siyahıda ikinci yerdə  “Mançester Yunayted”də çıxış edən ulduz futbolçu Kriştianu Ronaldunun rəfiqəsi model Corcina Rodrigez qərarlaşıb. Ulduz futbolçuların zəngin xanımları: "İnstagram"dan pul qazanırlar"İnstagramda" 28,7 milyon izləyicisi olan Rodrigez platformada yerləşdirmək üçün hər elana görə təxminən 870 min funt sterlinq tələb edə bilər. Bu, klubundan həftədə 350 min funt sterlinq alan Ronaldudan daha çox qazandığını ortaya qoyur.

Ulduz futbolçuların zəngin xanımları: "İnstagram"dan pul qazanırlar Siyahıda üçüncü yerdə "Liverpul"un futbolçusu Aleks Oksleyd-Çemberleynin rəfiqəsi, müğənni Perri Edvards qərarlaşıb. Ulduz futbolçuların zəngin xanımları: "İnstagram"dan pul qazanırlar Edvardsın 13,8 milyon izləyicisi olan "İnstagram" hesabı hər bir reklamdan 413 min funt sterlinq qazanmaq potensialına malikdir.

Ulduz futbolçuların zəngin xanımları: "İnstagram"dan pul qazanırlar

"XLMedia"nın sosial media üzrə eksperti, marketinq eksperti Dominik Çelika araşdırmanı belə şərh edib: "Nəzərə alsaq ki, bir "İnstagram" postu, televiziya reklamından fərqli olaraq, qaçırılma riski daşımır və 30 saniyədən çox davam edir, bu, marketinqin ideal formasıdır və göründüyü kimi, xeyli qazanc gətirir".

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər