Ulduz futbolçuların evinə polis basqını

Ulduz futbolçuların evinə polis basqını

Fransanın paytaxtı Parisdə polis "Football Leaks" kimi tanınan və futbolçuların ölkə xaricinə qaçırdığı vergisiz pullarla bağlı əməliyyatlar keçirib.

Fanat.Az xəbər verir ki, fransız polisi əməliyyat çərçivəsində PSJ-nin futbolçuları - Angel Di Maria və Xavyer Pastorenin evinə basqın edib.

Bundan əvvəl "Football Leaks" adlı sayt argentinalı iki futbolçunun imic haqqlarından əldə etdikləri qazanca görə ödəməli olduğu vergidən yayındığını sübut edən faktlar yayımlamışdı.

İki futbolçunun Panama və Uruqvayda ümumilikdə 7 milyon avro vergidən yayındığı bildirilir.

Həmin futbolçulardan başqa "Nant" formas? geyinən argentinalı Emiliano Salan?n da əməliyyata daxil olduğu bildirilir.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər