Ulduz futbolçuların arvadlarından PSJ-nin baş məşqçisinə etiraz

Ulduz futbolçuların arvadlarından PSJ-nin baş məşqçisinə etiraz
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Real"a 1:3 hesabı ilə uduzan PSJ-nin baş məşqçisi Unay Emeri futbolçuların həyat yoldaşlarının hədəfinə çevirilib. 
Fanat.Az xəbər verir ki, baş məşqçinin ehtiyatda saxladığı Angel Di Mariya və Tyaqo Silvanın xanımları sosial mediada etiraz ediblər.
Angel Di Mariyanın həyat yoldaşı Jorgelina Kardoso "Instagram" hesabından bu sözləri yazıb: "Mücadilə + ağır çalışma + qollar + ötürmələr + ən formada olan zamanın: Ehtiyat oyunçular skamyası... Amma biz futboldan nə anlayırıq ki? Nəticədə biz qadınıq".
Ulduz futbolçuların arvadlarından PSJ-nin baş məşqçisinə etiraz
Ehtiyatda qalan digər futbolçu Tyaqo Silvanın həyat yoldaşı İzabel da Silva ərinin əvəzinə Presnel Kimpembeni oynadan baş məşqçiy "Taktika? Bu necə taktikadı?" sözləri ilə etiraz edib.
Ulduz futbolçuların arvadlarından PSJ-nin baş məşqçisinə etiraz
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər