"Vest Hem"lə müqaviləsi başa çatan Patrik Evra illər əvvəl baş vermiş olayla bağlı etiraf edib.
Fanat.Az xəbər verir ki, seneqallı futbolçu "Mançester Yunayted"də birlikdə çıxış etdikləri Cerard Pike ilə aralarında baş verən hadisəni danışıb.
Pikenin onun butslarını yandırdığını bildirən 37 yaşlı futbolçu komanda yoldaşından intiqam alıb: "Butslarım yandırılmışdı və bu xoşuma gəlmədi. Pike səhv etmişdi. Mən də tualetə gedib təbii ehtiyacıı onun ayaqqabılarına etdim".
Qeyd edək ki, Patrik Evra 2006-2014, Cerard Pike 2004-2008-ci illərdə "Mançester Yunayted"də çıxış edib. O, 2008-ci ildə 5 milyon avroya "Barselona"ya transfer olunub.
Fanat.Az