Portuqaliyalı Fabio Koentrao Madrid "Real”ı ilə əməkdaşlığa son qoyub.
Fanat.Az xəbər verir ki, 30 yaşlı müdafiəçi azad agent qismində yetirməsi olduğu "Rio Ave” klubuna keçib.
Bu barədə Portuqaliya klubunun rəsmi saytı məlumat yayıb. Yeni anlaşmanın müddəti və şərtləri haqda bilgi verilməyib. "Real” Fabionu 2011-ci ildə 30 milyon avroya "Benfika”dan transfer etmişdi. O, "kral klubu”nda 58 oyun keçirib.
Ötən mövsümü icarə əsasında "Sportinq”də keçirən Fabio Lissabon komandasının heyətində 44 oyuna çıxaraq 1 top vurub.
Fanat.Az