Ulduz futbolçu "Real"ı əzəli rəqibinə dəyişmək istəyir

Ulduz futbolçu "Real"ı əzəli rəqibinə dəyişmək istəyir

"Real”ın yarımmüdafiəçisi Xames Rodriges "ağlar”ın əzəli rəqibinin – "Atletiko”nun şərəfini qorumaqda qərarlıdı.
Fanat.Az "Mundo Deportivo”ya istinadən xəbər verir ki, kolumbiyalı ulduz "hindular”ın formasını geyinməyi özü üçün başlıca hədəfə çevirib.
Hazırda sözügedən paytaxt klubları bu yöndə danışıqlar aparır. İllik maaşı 8,5 milyon avro olan orta xətt oyunçusunun pul məsələsində güzəşt etməsi "Atletiko”nun irəli sürdüyü əsas şərtlərdən biridi.
Rodrigesin xidmətində "Mançester Yunayted”, "Everton”, "Yuventus”, "Napoli”, London "Arsenal”ı, "Vulverhempton” və "İnter Mayami” də maraqlıdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər