Dani Alveş "Mançester Siti"yə transfer olunmaqdan son anda imtina edib. Fanat.Az xəbər verir ki, braziliyalı ulduz qərarını son anda dəyişərək PSJ-yə üz tutub.
"Yuventus"la müqaviləsini pozduqdan sonra "Barselona"da rəhbərliyi altında oynadığı Pep Qvardiola ilə görüşərək anlaşma əldə edən Alveş verdiyi sözü tutmayıb. Hazırda ailəsi ilə Parisdə olan futbolçunun tibbi müayinədən keçdiyi və bu gün rəsmi müqavilə imzalayacağı deyilir.
Fanat.Az