Ulduz futbolçu "Qalatasaray"dan gedir

Ulduz futbolçu "Qalatasaray"dan gedir

Səlcuk İnan "Qalatasaray"dan gedir. Fanat.Az xəbər verir ki, klub rəhbərliyi qış fasiləsində futbolçunun müqaviləsini pozmaq niyyətindədi.

Buna səbəb futbolçunun son dövrlər istənilən oyunu sərgiləyə bilməməsidi. "Antalyaspor"la matçın ikinci yarısında meydana çıxan və heç nəylə yadda qalmayan Səlcuka artıq azarkeşlər də etimad göstərmir. Rəhbərlik qış fasiləsində onu yola salmaq üçün artıq indidən fəaliyyətə başlayıb.

Qeyd edək ki, Türkiyə millisinin üzvünün hələ iki illik müqaviləsi var. O, ildə 2,9 milyon avro maaş alır.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər