"Mançester Siti"nin ulduz futbolçusu Serxio Aqüero avtomobil qəzasına düşüb.
Fanat.Az xəbər verir ki, hadisə argentinalı futbolçu kolumbiyalı müğənni Malumanın konsertini izləmək üçün Hollandiyaya gedərkən baş verib.
Hava limanına yollanan Aqüero yolda qəzaya düşüb. Onun avtomobili dirəyə çırpılıb. Təhlükəsizlik kəməri bağlı olduğundan futbolçu ölümcül xəsarət almayıb. Amma qabırğalarının sındığı bildirilir.
Fanat.Az