Tanınmış futbolçu meydanda huşunu itirdi

Tanınmış futbolçu meydanda huşunu itirdi
Səudiyyə Ərəbistanının "Əl Hilal" komandasında çıxış edən Bafetimbi Qomisin oyun vaxtı halı pisləşib. 
 
Fanat.Az xəbər verir ki, 35 yaşlı hücumçu "Əl-Əhli" ilə matçın 12-ci dəqiqədə huşunu itirib. 
Fransız futbolçu həkimlərin müdaxiləsindən sonra qarşılaşmaya davam edib və onun komandası 2:1 hesabı ilə qalib gəlib. 
Qeyd edək ki, Bafetimbi Qomis 2017/2018 mövsümündə Türkiyə təmsilçisi "Qalatasaray"da çıxış edib. O, həmin dönəmdə "Kasımpaşa" ilə matçda da eyni aqibətlə üzləşib.
Xatırladaq ki, Qomis ilk dəfə 2009-cu ildə Fransa millisinin təlim-məşq toplanışında yerə yıxılıb və həkimlər ona huşunu itirmə diaqnozu qoyub. 
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər