Ulduz futbolçu mərc oyunlarında iştirak edib - RƏSMİ

Ulduz futbolçu mərc oyunlarında iştirak edib - RƏSMİ

"Mançester Siti"nin futbolçusu Martin Demiçelis mərc oyunlarında iştirak edib. Fanat.az xəbər verir ki, buna görə 35 yaşlı futbolçunu ağır cəza gözləyir.

Məsələ burasındadı ki, qaydalara görə futbolçular və məşqçilər dünyadakı heç bir mərc oyunlarında iştirak edə bilməz. Ancaq argentinalı İngiltərədə 2014-2015 mövsümündən etibarən təsdiqlənən qaydaya əməl etməyib.

Məsələ ilə bağlı İngiltərə Futbol Federasiyası da məlumat yayıb. Yayılan məlumatda bildirilir ki, futbolçu 22-28 yanvar tarixləri arasında 12 dəfə mərc oyunlarında iştirak edib. Buna görə də Demiçelis aprelin 5-nə qədər özünü müdafiə edib, günahsız olduğunu isbatlamalıdı. Əks halda futbolçunu yarışlardan uzaqlaşdırma və ya pul cəzası gözləyir. 

Qeyd edək ki, təcrübəli müdafiəçi cari mövsümdə "Mançester Siti" forması ilə 18 oyunda iştirak edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər