Ulduz futbolçu ölümə hazırlaşır: özü üçün "son gecə" təşkil edir - FOTOLAR

Ulduz futbolçu ölümə hazırlaşır: özü üçün "son gecə" təşkil edir - FOTOLAR
Amiotrofik skleroz (ALS) xəstəliyindən əziyyət çəkən hollandiyalı sabiq futbolçu Fernando Riksen özü üçün "son gecə" təşkil edir.
Fanat.az RT.com-a istinadən xəbər verir ki, 42 yaşlı Riksen bu barədə "Twitter" hesabı vasitəsilə müraciət ünvanlayıb. Sabiq futbolçunun "son gecəsi" 28 iyunda Qlazqouda yerləşən "GoGlasgow Urban Hotel"də baş tutacaq. 
2013-cü ildən bəri xəstəlikdən əziyyət çəkən Fernando Riksenin çəkisi son dövrlərdə 38 kiloya qədər düşüb. Beyindən əzələlərə impulsları ötürən neyronların məhv olması ilə müşahidə edilən xəstəliyə yoluxanlar əksər hallarda 5 il ərzində həyatlarını itirir. 
Qeyd edək ki, əfsanəvi futbolçu 2000-2006-cı illərdə Şotlandiyanın "Reyncers" klubunda 250 oyuna çıxıb. Daha sonra Rusiyanın "Zenit"nə keçən Riksen xəstəliyi səbəbilə kariyerasına son qoyub.
Fanat.Az
 
Ulduz futbolçu ölümə hazırlaşır: özü üçün "son gecə" təşkil edir - FOTOLAR Ulduz futbolçu ölümə hazırlaşır: özü üçün "son gecə" təşkil edir - FOTOLAR Ulduz futbolçu ölümə hazırlaşır: özü üçün "son gecə" təşkil edir - FOTOLAR
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər