Ulduz futbolçu klub alır

Ulduz futbolçu klub alır
Braziliya yığmasının keçmiş futbolçu Adriano klub almaq niyyətindədi. Fanat.az xəbər verir ki, 34 yaşlı futbolçu “Mayami Yunayted”in aksiyalarının 40 faizini almaq istəyir. 
Bu komanda ABŞ-ın NPSL liqasında çıxış edir. NPSL ABŞ-ın 4-cü divizionu hesab olunur.
 
Adriano aksiyalara görə 4 milyon dollar ödəyəcək. Aksiyaların 60 faizi isə klubun əvvəlki sahibi Roberto Sakkoda qalacaq. Bundan əlavə, Adriano klubda futbolçu kimi də qeydiyyatdan keçəcək. O, ayda 10 min dollar məvacib alacaq.
 
“İmperator” karyerasını bərpa etmək üçün başqa təklif də alıb. Paraqvayın “Quarani” klubu onunla müqavilə bağlamaq istəyir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər