Ulduz futbolçu keçirdiyi qəzadan danışdı

Ulduz futbolçu keçirdiyi qəzadan danışdı

İtaliyada yol qəzasına düşən Mario Balotelli səssizliyini pozub.

Fanat.Az xəbər verir ki, "Dillingernews" onun dediklərini belə çatdırıb:

“Mən sərxoş deyildim. İnsanlar yalnız mənim avtomobil qəzam haqqında danışırlar. Mən elə bilirdim ki, belə cəfəngiyyatlar haqqında danışmaq köhnə dəbdir. Həyatdakı bütün problemlərdən danışmaq əvəzinə, mənim dəyərsiz qəzam birinci səhifələrdədir”.

Qeyd edək ki, Mario Balotelli Breşiyada keçirdiyi qəzada heç bir xəsarət almayıb. Hazırda “Adana Dəmirspor”da çıxış edən 33 yaşlı hücumçunun səhhətinin yaxşı olduğu qeyd edilir.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər