Tyaqo Silva "Barselona"ya keçəcək. Fanat.az xəbər verir ki, bu barədə İspaniyanın yüksək tirajlı "El Mundo Deportivo" qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, "Barselona" PSJ-nin müdafiəçisini transfer etmək istəyir. Tyaqo Silva özü də Paris klubundan ayrılmaq və "Barselona"da oynamaq niyyətindədi. Amma PSJ 2014-ci ilədək müqaviləsi olan braziliyalını buraxmaq niyyətində deyil. İndi futbolçu klub rəhbərliyi ilə razılığa gəlməyə çalışır. PSJ "hə" desə, Tyaqo Silva yayda "Barselona"da peyda olacaq.
Qeyd edək ki, 31 yaşlı mərkəz müdafiəçisi "Milan"dan PSJ-yə 42 milyon avroya transfer edilib. O, cari mövsümdə 42 oyun keçirib və 1 qol vurub.
Fanat.az