Futbol üzrə İspaniya millisinin və İngiltərənin "Mançester Siti" klubunun sabiq futbolçusu David Silva peşəkar karyerasını bitirib.
Fanat.Az xəbər verir ki, yeni mövsüm öncəsi İspaniya "Real Sosyedad"ı ilə təlim-məşq toplanışında dizindən ağır zədə alan yarımmüdafiəçi 37 yaşında futbolla vidalaşıb.
Bununla bağlı sosial şəbəkə hesabından paylaşım edən Silva həyatının ən ağır qərarlarından birini verdiyini açıqlayıb.
Xatırladaq ki, David Silva karyerası ərzində ölkəsinin "Valensiya", "Eybar" və "Selta" klublarında da çıxış edib.