Ukraynalı futbolçunu İngiltərənin bu klubu istəyir

Ukraynalı futbolçunu İngiltərənin bu klubu istəyir

Donetsk "Şaxtyor"unun müdafiəçisi Nikolay Matvienko karyerasını İngiltərədə davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira sosial şəbəkə hesabları üzərindən yayıb.

Xəbərə görə, 26 yaşlı futbolçu "Brayton"un diqqət mərkəzindədir. Onun xidmətində İngiltərə təmsilçisinin baş məşqçisi Roberto De Dzerbinin maraqlı olduğu bildirilib. Mənbə sözügedən klubun skautlarının Matvienkonun son bir neçə oyununu canlı izlədiyini vurğulayıb.

Qeyd edək ki, 2015-ci ildən "Şaxtyor"un uğurları üçün çalışan Nikolay cari mövsüm Ukrayna Premyer Liqasında 8 oyuna çıxıb və məhsuldar göstəricilərlə yadda qalmayıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər