Ukraynalı futbolçu "Real"ın kapitanı oldu - FOTO

Ukraynalı futbolçu "Real"ın kapitanı oldu - FOTO
"Real Madrid" dünən "Rayo Valyekano" ilə qapalı yoldaşlıq görüşü keçirib. 
  
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, ukraynalı qapıçı Andrey Lunin oyunun bir hissəsini kapitan sarğısı ilə keçirib.
Lunin meydana start "11-lik"də çıxıb, lakin ilk dəqiqələrdən "Real"ın kapitanı müdafiəçi Marselo olub. Fasilədə braziliyalı futbolçu əvəzlənib və sarğı Luninə keçib.
Məlumatı Andreyin "İnstagram"dakı paylaşımı təsdiq edir. 
Futbolçu sosial şəbəkə hesabında kapitan sarğısında oynadığı zaman çəkilən fotosunu paylaşıb:
 
Ukraynalı futbolçu "Real"ın kapitanı oldu - FOTO
 
Xatırladaq ki, Lunin "Real"a 2018-ci ilin yayında "Zorya Luqansk"dan keçmişdi. Ukraynalının transferi İspaniya nəhənginə 8,5 milyon avroya başa gəlmişdi. Oyunçunun madridlilərlə olan müqaviləsinin müddəti 2024-cü ilin yayında bitəcək.
Emin Şəmsiyev
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər