Ukraynalı futbolçu ölkəsi üçün tank almaq istəyir

Ukraynalı futbolçu ölkəsi üçün tank almaq istəyir

Macarıstanın "Fehervar" klubunda çıxış edən 28 yaşlı ukraynalı futbolçu İvan Petryak Rusiya ilə müharibə şəraitində olan ölkəsi üçün tank almaq istəyir.

Fanat.Az məlumatına görə, bu barədə jurnalist Vladimir Zveryev şəxsi "Twitter" hesabında paylaşım edib:

"Petryak Ukrayna Silahlı Qüvvələrinə tank almağa hazırdır. Amma bunu necə edəcəyini bilmir. O, ordu üçün dəbilqə və zirehli gödəkçələrin alınmasına da kömək edir. Petryakın Budapeşt yaxınlığında 65 kvadratmetrlik kiçik evi var. Futbolçu ölkəni tərk etmək məcburiyyətində qalan 8 məcburi köçkünü də qəbul edib".

Qeyd edək ki, Rusiya və Ukrayna arasında müharibə fevralın 24-də başlayıb.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər