Ukraynalı döyüşçü futbolçu olmaq istəyir

Ukraynalı döyüşçü futbolçu olmaq istəyir

Ukraynalı peşəkar boksçu Aleksandr Usik "Polesye" futbol klubunda oynamaq istəyir.

Fanat.Az "Sport.ua" saytına istinadən xəbər verir ki, 35 yaşlı döyüşçü yerli çempionatda iştirak etmək üçün çəki atacağını da söyləyib:

"Bir uşaqlıq arzum artıq gerçəkləşib. Türkiyədə təlim-məşq toplanışında "Polesye" komandasında oynanışam. Düşünürəm ki, ikinci hissənin son yeddi dəqiqəsində iştirak üçün mənə liqada şans verəcəklər. Mən forvard mövqeyində oynayıram, amma meydan boyu qaça bilərəm".

Qeyd edək ki, Aleksandr Usik son olaraq britaniyalı Entoni Coşuanı məğlub edib. "Polesye" Ukrayna I liqasında 3 oyundan sonra A qrupunda 9 xalla ikinci pillədə qərarlaşıb.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər