Ukrayna millisinin daha 3 futbolçusunda koronavirus aşkarlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.
Bununla da yığmada yoluxan futbolçu sayı 7-yə çatıb.
Bu səbəbdən qapıçı Dmitri Riznık, müdafiəçilər Eduard Sobol və Yevgeni Makarenko yığmadan kənarlaşıdırlıblar. Onlar UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda İsveçrə ilə noyabrın 17-də keçiriləcək oyunu buraxacaqlar.
Qeyd edək ki, daha əvvəl Ukrayna millisində Andrey Yarmolenko, Viktor Tsıqankov, Viktor Kovalenko və Sergey Sidorçukun test nəticəsi müsbət çıxıb.