Ukrayna klubu millimizin futbolçusunu göndərir

Ukrayna klubu millimizin futbolçusunu göndərir
Ukraynanın "Aleksandriya" klubu millimizin futbolçusu Pavel Paşayevi göndərir. 
Fanat.Az xəbər verir ki, bu barədə sözügedən ölkənin mətbuatı məlumat yayıb. 
Xəbərə görə, komandanın avrokuboklara düşə bilməməsi səbəbindən klub rəhbərliyi bəzi futbolçularla yolları ayırmaq qərarına gəlib. 
Yuri Pankiv, Dmitri Qreşişkin, Artem Qordienko, Yevgeniy Banada, Valeri Luçkeviç, Artem Sitalonun yer aldığı siyahıda Paşayevin də adı var. 
Müqavilələri bu yay bitəcək futbolçular 30 iyundan sonra onlar sərbəst agent statusu alacaqlar.
Qeyd edək ki, "Aleksandriya" Ukrayna Premyer Liqasında 26 xalla 7-ci pillədə qərarlaşıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər