UFC yeni reytinqi açıqladı: Azərbaycanlı döyüşçü 3 pillə irəlilədi

UFC yeni reytinqi açıqladı: Azərbaycanlı döyüşçü 3 pillə irəlilədi

UFC ötən həftə keçirilən "UFC Vegas 58" turnirindən sonra liqadakı idmançıların yeni reytinq siyahısını açıqlayıb.

Fanat.Az xəbər verir ki,  son qarşılaşmada sabiq çempionu - braziliyalı Rafael dos Anyosu nokautla yenən azərbaycanlı Rafael Fiziyev 3 pillə irəliləyib.

Bunadək yüngül çəkidə 10-cu yerdə qərarlaşan rafael artıq 7-ci pillədədir.

Qeyd edək ki, dos Anyosla qarşılaşma daha öncə Qırğızıstanı təmsil edən Fiziyevin Azərbaycan bayrağı ilə çıxdığı ilk görüş olub.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər