UEFA Rusiya klubunu və futbolçusunu cəzalandırdı

UEFA Rusiya klubunu və futbolçusunu cəzalandırdı

UEFA Rusiyanın "Rostov" klubunu cəzalandırıb. Buna səbəb Çempionlar Liqasının "pley-off" mərhələsində Hollandiya "Ayaks"ı ilə baş tutmuş görüşdə rusiyalı azarkeşlərin irqçi şüarlar səsləndirməsi olub.

Nəticədə klub qrup mərhələsindəki ilk oyununu boş tribunalar önündə keçirəcək. Həmin oyun da elə Hollandiya klubu PSV-yə qarşı olacaq.

Üstəlik, Avropa futbol qurumu "Rostov"un 4:1 hesabı ilə qələbə qazandığı matçda kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq penaltiyə səbəb olan Fedor Kudriaşovu 3 oyunluq cəzalandırıb.

Qeyd edək ki, "Rostov" Çempionlar Liqasının D qrupunda "Bavariya" (Almaniya), "Atletiko" (Madrid, İspaniya) və PSV klubları ilə mübarizə aparacaq. ("Report")

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər