UEFA Rusiya millisi və klubları ilə bağlı qərar qəbul edib.
Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, UEFA Rusiya yığma komandasının Millətlər Liqasının 2022/23 mövsümündə iştirakına icazə verməyib. Həmçinin bu ölkənin klubları növbəti mövsümdə avrokuboklarda iştirak hüququndan məhrum edilib.
Qitənin ali futbol qurumu Rusiyanın 2028 və ya 2032-ci illərdə Avropa çempionatına ev sahibliyi etmək təklifini də rədd edib.
Emin