UEFA ən yaxşı futbolçu və baş məşqçi adına namizədləri açıqladı

UEFA ən yaxşı futbolçu və baş məşqçi adına namizədləri açıqladı
UEFA 2019/20 mövsümü üçün ən yaxşı futbolçu və baş məşqçi aıdna namizədləri açıqlayıb. 
Fanat.Az xəbər verir ki, ən yaxşı futbolçu adına "Bavariya"dan Manuel Noyer və Robert Levandovski, "Mançester Siti”dən Kevin de Bruyne namizəddi. 
Ən yaxşı baş məşqçi adına isə "Bavariya"nın baş məşqçisi Hans Flix, "Leyptsiq”ə rəhbərlik edən Yulian Naqelsman və "Liverpul"u çalışdıran Yurgen Klopp namizəd göstərilib.
 
UEFA ən yaxşı futbolçu və baş məşqçi adına namizədləri açıqladı
Qadınlarda isə namizədlər siyahısında Lusi Bronz (Mançester Siti), Pernil Harder (Çelsi) və Vendi Renar (Lion) yer alıb.
UEFA ən yaxşı futbolçu və baş məşqçi adına namizədləri açıqladı
Qadın komandaların baş məşqçiləri arasında isə Luis Kortes (Barselona), Stefan Lerş (Volfsburq) və Jan-Lük Vassor (Lion) bu ada iddia edir.
 
UEFA ən yaxşı futbolçu və baş məşqçi adına namizədləri açıqladı
Qeyd edək ki, qaliblər oktyabrın 1-də Çempionlar Liqasının püşkatma mərasimində açıqlanacaq. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər