İngiltərə Premyer Liqasının XIX turunda "Çelsi" "Aston Villa" ilə qarşılaşıb və rəqibini 3:1 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, matçdan sonra "BBC Sport"a danışan "Çelsi"nin baş məşqçisi Tomas Tuxel liqada əvəzetmə məsələsinə danışıb:
"Qışda bütün ölkələrdə fasilə olanda, yeganə oyunlar keçirilən liqa bizimkidir. Bunu bəyənirəm, amma oyunçuları qorumuruq. Digər çempionatlarda beş əvəzetməyə icazə verilir. Biz Çempionlar Liqasında da onların klubları ilə oynayırıq. Bu, bir az bezdiricidir və sonluq yaxşı görünmür.
"Brayton"a qarşı oynayacağıq. Fiziki cəhətdən çətin oyun olacaq. Sonra avrokuboklardan kənarlaşdırılan və bütün diqqətini Premyer Liqa ilə Liqa Kubokuna yönəltmiş "Tottenhem"ə qarşı iki matçımız var. Futbolçular nə vəziyyətdə olacaq?"
Xatırladaq ki, İPL-də "Boxiong day" günlərində komandalar bir həftəyə 3 oyun keçirməli olurlar.
Emin