Tuxel "Bayern"in bu futbolçusundan narazıdır

Tuxel "Bayern"in bu futbolçusundan narazıdır

"Bayern Münhen"in baş məşqçisi Tomas Tuxel müdafiəçi Matteys de Liqtin oyunundan narazıdır. 

Fanat.Az xəbər verir ki, informasiyanı TZ yayıb.   Mənbənin məlumatına görə, mütəxəssis niderlandlı oyunçunun ləng oynamasından, həmçinin yan ötürmələrdən çox, irəli ötürmələrdən az istifadə etməsindən narazıdır.

De Liqt məşqçinin iradını qəbul edib və öz üzərində işləyəcəyinə söz verib. "Bayern" rəhbərliyi isə futbolçunu meydandakı xarakterinə və fədakarlığına görə yüksək qiymətləndirir.

Matteys De Liqt Münhen klubunda ikinci mövsümünü keçirir. 24 yaşlı mərkəz müdafiəçisi bu mövsüm Bundesliqada ümumilikdə 32 dəqiqə meydanda olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər