Türkiyəli futbolçu “Mançester Yunayted”in tarixinə düşdü

Türkiyəli futbolçu “Mançester Yunayted”in tarixinə düşdü

Türkiyə millisinin qapıçısı Altay Bayındır İngiltərənin "Mançester Yunayted" klubunun tarixinə düşüb.

Fanat.Az xəbər verir ki, o, bu komandanın "Nyuport Kaunti"yə qarşı keçirdiyi ölkə kubokunun 4-cü tur oyununun start heyətində yer alıb.

Bununla da Altay "qırmızı şeytanlar"ın heyətində meydana çıxan ilk türkiyəli oyunçuya çevrilib.

Qarşılaşmadan 4:2 hesablı qələbə ilə ayrılan Mançester təmsilçisi 1/8 finala vəsiqə qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər