Türkiyədə təyyarədə bomba xəbərdarlığı - 3 futbolçu saxlanıldı

Türkiyədə təyyarədə bomba xəbərdarlığı - 3 futbolçu saxlanıldı
Ankara - Ərzincan səfərini həyata keçirən “Anadolu” reaktiv təyyarəsinə bomba xəbərdarlığı edilib.
“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, xəbərdalıqdan sonra təyyarə yerə endirilib və polisə xəbər verilib. Təyyarədə uzun müddət axtarış aparılıb.
Araşdırmalar nəticəsində təyyarədə bomba tapılmasa da, “Ərzincanspor”un 3 futbolçusu təyyarədəki sərnişinlərin və heyətin təhlükəsizliyinə mane olduqlarına və yanlış bomba xəbərdarlığına görə saxlanılıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər