Türkiyədə iki futbolçu oyun alqı-satqısına görə saxlanıldı

Türkiyədə iki futbolçu oyun alqı-satqısına görə saxlanıldı

Türkiyənin "İnegölspor" klubunun iki sabiq futbolçusu oyun alqı-satqısında şübhəli bilindiyi üçün saxlanılıb.

Fanat.Az xəbər verir ki, bunlar qapıçılar Emre Selen və Sercan Çobanoğludur.

Liga 2 təmsilçisi bildirib ki, ötən ilin dekabrında həmin oyunçularla bağlı prokurorluğa müraciət ediblər. Selen və Çobanoğludan başqa daha üç şübhəli tutulub. 

Xatırladaq ki, Sercan Çobanoğlu hazırda klubsuzdur. Emre Selen isə "Sivas Bələdiyyə"nin formasını geyinir.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər