Türkiyədə içində futbolçuların olduğu təyyarəni ildırım vurdu - FOTO

Türkiyədə içində futbolçuların olduğu təyyarəni ildırım vurdu - FOTO

Təlim məşq toplanışı üçün Antalyaya yollanan Almaniyanın "Erfrut" klubunun səfəri baş tutmayıb. 

Fanat.Az xəbər verir ki, buna səbəb futbolçularının olduğu təyyarəyə ildırım düşməsidir. 

İçərisində 27 futbolçu olan təyyarə Dalaman Hava Limanına təcili eniş edib. 

Bu haqda klubun rəsmi tvitter hesabından bəyanat yayılıb. Futbolçuların sağlamlığında heç bir problem olmadığı bildirilib. 

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər