Türkiyənin I Liqa təmsilçisi "Denizlispor"un üzvlərini daşıyan mikroavtobus qəzaya uğrayıb.
Fanat.Az xəbər verir ki, məlumatı "NTV Spor" yayıb.
Xəbərə görə, hadisə klubun səfərdə "Boluspor"a 0:3 hesabı ilə uduzduğu oyundan qayıdarkən baş verib.
Qəza nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həkimlərin onları həyati təhlükəsinin olmadığı bildirib.
Qeyd edək ki, "Denizlispor" 9 oyundan sonra 2 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.