Türkiyə Kubokunda futbolçuya butulka atıldı, oyun təxirə salındı

Türkiyə Kubokunda futbolçuya butulka atıldı, oyun təxirə salındı
Türkiyə Kubokunun "Batman Petrolspor" - "Kasımpaşa" oyunu 90+1-ci dəqiqədə dayandırılıb.
Fanat.Az xəbər verir ki, buna səbəb azarkeşlərin qonaq komandanın futbolçusu Fode Koitaya plastik butulka atılması olub. Su ilə dolu butulka futbolçunun gözünə dəyib. 
Fransalı futbolçuya ilkin tibbi yardım göstərilib və paltardəyişmə otağına aparılıb. Daha sonra özünü pis hiss edən Koita təcili tibbi yardımla xəstəxanaya göndərilib. 
Baş hakim Özgür Yankaya isə oyunu təxirə salıb. Həmin vaxt "Kasımpaşa" 3:2 hesabı ilə öndə olub. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər