Türkiyə klubundan ayrılan futbolçu yenidən “Şaxtyor”da

Türkiyə klubundan ayrılan futbolçu yenidən “Şaxtyor”da

Ukrayna millisinin sabiq futbolçusu Yaroslav Rakitski Donetsk "Şaxtyor"una qayıdıb.

Fanat.Az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

34 yaşlı müdafiəçi keçmiş komandası ilə cari mövsümün sonunadək müqavilə imzalayıb. Son klubu Türkiyə "Adana Dəmirspor"u olan futbolçusu doğma klubuna azad agent kimi keçib.

Xatırladaq ki, Yaroslav Rakitski "Şaxtyor"un yetirməsidir. O, 2019-cu ilin noyabrında yığmadakı karyerasını başa vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər