Türkiyə klubu millimizin futbolçusu ilə yollarını ayırdı

Türkiyə klubu millimizin futbolçusu ilə yollarını ayırdı
Ufuk Budak Türkiyənin I Liqasında çıxış edən "Samsunspor”la yollarını rəsmən ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə klub prezidenti Ahmet Güral Karayılmaz məlumat verib.
O, 28 yaşlı sol cinah müdafiəçisi ilə yanaşı, Gökay İravul, Muhammet Beşir, Kenan Karışık, Ahmet Cebe ilə də vidalaşdıqlarını söyləyib.
Qeyd edək ki, Ufuk Budak zədə səbəbindən son matçlarda meydana çıxmayıb. "Samsunspor”la müqavilə müddəti başa çatan Budak ötən həftə komanda yoldaşları ilə vidalaşaraq, ailəsinin yaşadığı Almaniyaya dönüb. Cari mövsümü 36 xalla 16-cı pillədə başa vuran "Samsunspor” II liqaya düşüb. Onun yenidən millimizə çağırılması gözlənilir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər