Türkiyənin "Gənclərbirliyi" klubunun prezidenti İlhan Cavcav vəfat edib.
Fanat.Az xəbər verir ki, yüksək təzyiq səbəbindən uzun müddətdi müalicə olunan və dünən beyin qanaması keçirən klub rəhbəri Ankarada xəstəxanaya yerləşdirilmişdi. Bir qədər öncə onun vəfat etdiyi açıqlanıb.
81 yaşlı İlhan Cavcav 37 ildi ki, "Gənclərbirliyi"inin prezidentiydi. O, bu müddətdə 47 fərqli baş məşqçi ilə çalışaraq ilginc bir rekorda imza atmışdı.
Fanat.Az