Türkiyə futbolu tarixində belə satış olmamışdı - Rekord yeniləndi

Türkiyə futbolu tarixində belə satış olmamışdı - Rekord yeniləndi

“Qalatasaray”dan “Bayern Münhen”ə transfer olunan Saşa Boe Türkiyə futbolunun tarixinə düşüb.

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, Boe indiyədək Türkiyə təmsilçiləri tərəfindən xarici klublara ən yüksək məbləğə satılan futbolçu olub.

"Aslanlar" 23 yaşlı oyunçunun satışından 30 milyon avro qazanaraq “Beşiktaş”ın 2018-ci ildə Cenk Tosunun "Everton"a transferi zamanı imza atdığı rekordu yeniləyiblər. 

Türkiyə klublarının ölkə xaricinə ən baha qiymətə satdıqları 10 futbolçunun siyahısı isə belədir:

1. Saşa Boe (“Qalatasaray”dan “Bavariya”ya) - 30 milyon avroya

2. Cenk Tosun (“Beşiktaş”dan “Everton”a) - 22 milyon

3. Arda Gülər (“Fənərbağça”dan “Real”a) - 20 milyon

4. Kim Min Ce (“Fənərbağça”dan “Napoli”yə) - 18,05 milyon

5. Vedat Muriki (“Fənərbağça”dan “Latsio”ya) - 17,5 milyon

6. Yusuf Yazıcı (“Trabzonspor”dan “Lill”ə) - 16,5 milyon

7-9. Badu Ndiaye (“Qalatasaray”dan “Stok Siti”yə): 16 milyon

7-9. Elif Elmas (“Fənərbağça”dan “Napoli”yə) - 16 milyon

7-9. Mussa Sou (“Fənərbağça”dan “Əl-Əhli”yə) - 16 milyon

10. Elvir Baliç (“Fənərbağça”dan “Real”a) - 15,6 milyon

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər