Türkdilli ölkələrdə futbolun inkişafı məsələləri müzakirə olunub

Türkdilli ölkələrdə futbolun inkişafı məsələləri müzakirə olunub

FIFA-nın dəstəyi ilə Daşkənddə türkdilli ölkələrin – Azərbaycan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Türkiyə və Macarıstan futbol federasiyalarının rəsmi şəxsləri arasında görüş keçirilib.

Fanat.Az xəbər verir ki, futbolun inkişafı istiqamətində müzakirələrin aparıldığı görüşdə Asiya Futbol Konfederasiyasının və UEFA-nın nümayəndələri də iştirak edib. 

Toplantıda milli komandalar, klublar arasında beynəlxalq yarışların təşkili perspektivləri müzakirə olunub. Həmçinin futbol mütəxəssislərinin, məşqçilərin, hakimlərin qarşılıqlı inkişafı, işbirliyinin qurulmasının vacibliyi qeyd olunub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər