"Borussiya"nın (Dortmund) ulduzu İlkay Gündoğan Avropa nəhənglərinin hədəfindədi. Fanat.az xəbər verir ki, "Mançester Siti", "Yuventus", "Barselona" və "Arsenal" Almaniya yığmasının türk uluduzunu heyətinə qatmaq istəyir.
Avropa nəhənglərinin hədəfində olan futbolçunun "Borussiya" ilə müqaviləsini uzatmayacağı deyilir. Onun mövcud müqaviləsi 2107-ci ildə başa çatacaq. İlkayın yayda komandanı tərk edəcəyi iddia olunur.
Qeyd edək ki, İlkay 2011-ci ildə "Nürnberq"dən "Borussiya"ya keçib. Dortmund klubu onun transferinə 5,5 milyon avro xərcləyib.
Fanat.az