Türk futbolçuya şok təklif: Oynadıqca qazan!

Türk futbolçuya şok təklif: Oynadıqca qazan!

Son iki mövsümdə zədələr üzündən “Qalatasaray”a kömək edə bilməyən Hamit Altıntop rəhbərliyin qeyri-adi təklifini qəbul edib.

 

Fanat.az xəbər verir ki, klub rəhbərliyinin “Oynadıqca qazan” təklifi veteran futbolçunun ürəyincə olub. Belədə, “Sarı-qırmızılılar” 33 yaşlı yarımmüdafiəçiyə əməkhaqqı verməyəcək. Sadəcə hər oyuna görə 20 min avro və mükafat ödəyəcək.

 

“Oynadıqca qazan” formulunu qəbul edən Altıntop daha bir il “Qalatasaray”da qalacaq. O, qərarını belə şərh edib: “Söhbət fədakarlıqdan gedirsə, mən buna hazıram. Lazım olarsa, 30-40 dəqiqə oynayaram və “Qalatasaray” üçün bütün gücümü o müddətdə ortaya qoyaram”.

 

Xatırladaq ki, 33 yaşlı futbolçunun “Cim-Bom”la müqaviləsinin müddəti bu yay başa çatıb. Daha əvvəl ildə 2,7 milyon avro əməkhaqqı alan Hamitə yeni anlaşmaya görə, sadəcə hər oyuna görə 20 min avro ödəniləcək. Buna sərgilədiyi futbola görə müəyyən edilən mükafatlar da əlavə olunacaq. Məsələn, ulduz futbolçu 10 oyuna çıxarsa, ekstra bonus, 20 oyuna çıxarsa ikiqat ekstra bonus alacaq. Bir sözlə, Hamit nə qədər çox oynasa, o qədər çox qazanacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər