Türk futbolçuya 67 milyonluq təklif

Türk futbolçuya 67 milyonluq təklif
Türkiyə millisinin üzvü Merih Demiral İngiltərə nəhənglərinin maraq dairəsinə düşüb.
Fanat.Az "The Sun"a istinadən xəbər verir ki, "Mançester Yunayted" və "Arsenal" türk futbolçunu heyətinə qatmaq istəyir. İki klubun da Merih üçün 36 milyon avro (67,7 milyon manat) təklif etdiyi bildirilir.
Qeyd edək ki, "Yuventus" Demiralı yayda "Sassuolo"dan 18 milyon avroya alıb. Turin klubunun baş məşqçisi Mauritsio Sarri ona bu mövsüm cəmi bir rəsmi oyunda forma şansı verib. Buna baxmayaraq, 21 yaşlı mərkəz müdafiəçisi Türkiyə millisinin heyətindəki performansı ilə diqqətləri üzərinə çəkə bilib. O, hətta "AVRO-2020"nin seçmə mərhələsinin rəmzi komandasında da yer alıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər