Türk futbolçuya 60 milyon avro qiymət qoyuldu

Türk futbolçuya 60 milyon avro qiymət qoyuldu
Xəbər verdiyimiz kimi, "Roma" futbolçusu Cengiz Ünderlə müqavilə müddətini uzadıb. 22 yaşlı hücumçu ilə 2023-cü ilin yayına qədər sözləşmə imzalanıb.
Fanat.Az xəbər verir ki, müqavilənin detalları da müəyyənləşib. Məlumata görə, "Roma" rəhbərliyi Türkiyə millisinin üzvünün maaşını 1 milyon avrodan 2 milyon avroya qaldırıb. Cengiz Ünderin müqavilədəki sərbəst qalma maddəsi isə 60 milyon avroya yüksəldilib.
Qeyd edək ki, Cengiz Ünder 2017-ci ilin iyul ayında "Başakşəhər"dən "Roma"ya 14.25 milyon avroya keçib. Hazırda "Transfermarkt"ın 35 milyon avro qiymət qoyduğu futbolçu bütün turnirlər daxil olmaqla İtaliya təmsilçisinin heyətində 65 oyuna 14 qol vurub. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər