Türk futbolçuya 32 milyonluq TƏKLİF

Türk futbolçuya 32 milyonluq TƏKLİF
"Mançester Siti"ni çalışdaracaq Pep Qvardiolanın istədiyi daha bir futbolçu müəyyənləşib. Fanat.az xəbər verir ki, ispan mütəxəssis İlkay Gündoğanı komandasında görmək istəyir.
"The Sun"un xəbərinə görə, Qvardiolanın gedişindən sonra gedəcək Yaya Turenin yerini dolduracaq İlkayla bağlı danışıqlar artıq başlayıb. "Mançester Siti"nin bu transferə görə Dortmund "Borussiya"sına 32 milyon avro təklif etdiyi deyilir.
Qeyd edək ki, İlkay 2011-ci ildə "Nürnburq"dan "Borussiya"ya 5,5 milyon avroya transfer edilib. Almaniya millinin türk üzvü cari mövsümdə 37 rəsmi oyuna çıxıb və 3 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər