Türk futbolçuya 25 milyonluq təklif

Türk futbolçuya 25 milyonluq təklif
Almaniyanın "Frayburq" klubunda çıxış edən Çağlar Söyüncü Avropanın böyük klublarının maraq dairəsinə düşüb. Fanat.Az xəbər verir ki, bu barədə futbolçunu alman klubuna satan "Altınordu"nun prezidenti Seyit Mehmet Özkan məlumat verib.
"Menemen Bələdiyyəspor", "Bucaspor" və "Aliağaspor" klublarında çıxış edən Çağlar Söyüncü 2014-cü ildə - 18 yaşında "Altınordu"ya transfer olunub. Türkiyə klubu ötən ilin yayında onu 2,5 milyon avroya "Frayburq"a satıb. 20 yaşlı müdafiəçi bu mövsüm Bundesliqada 17, Almaniya Kubokunda 1 oyuna çıxıb.
Seyit Mehmet Özkan bildirib ki, Çağlar "Mançester Siti", "Zenit" və "Roma" kimi böyük klubların transfer siyahısındadı. Məlumata görə, artıq "Frayburq"a 25 milyon avroluq təklif gəlib. Bu transfer baş tutsa, "Altınordu" transfer haqqından 30 faiz pay alacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər